BLOQ

"Erməni konyakını" Paşinyan qadağan edib, ya Sarkisyan?

Ermənistanda millətçilər baş naziri "milli kimliyin" məhv edilməsimdə suçlayır

"Erməni konyakını" Paşinyan qadağan edib, ya Sarkisyan?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan nazirlər kabinetinin iclasında "konyak" sözünün istifadəsindən çəkinməyə çağırıb: “Olmaz! Konyak Fransanın qeyri-maddi dəyəridir, hətta ailələrdə də erməni konyakını "konyak" adlandırmaq olmaz”. 

    Bu bəyanatdan sonra Ermənistan millətçi müxalifəti baş naziri milli rəmzləri aşağılamaqda və milli-mənəvi dəyərləri məhv etməkdə günahlandıraraq hay-küy qaldırıblar. 

    Əslində Ermənistan hələ 2017-ci ildə, prezident hərbi cani Serjik Sarkisyan olanda, Avropa İttifaqı ilə müvafiq saziş imzalayaraq konyak adından imtina edib, Ermənistanda istehsal edilən içkini "brendi" adlandırmaq öhtəliyi götürüb.

    Müqaviləyə əsasən, Ermənistan erməni konyak şirkətlərinin 25 ildən sonra (2043-cü ildə) alkoqollu içkilərin brend adından imtina etməli olacağı barədə öhdəlik götürüb.

    Bu bənd Avropayla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə daxil edilmişdir.

    2021-ci ildə Ermənistan hökuməti Avropa İttifaqı ilə maliyyə dəstəyi haqqında sazişi təsdiqləyib və bu sazişə əsasən, ölkə istehsal olunan içkilərin adında “konyak” sözünü işlətməkdən imtina etmək müqabilində 3 milyon avro məbləğində maliyyə yardımı alacaq. ölkədə

    Artıq 2032-ci ildən Ermənistana “konyak” adlanan məhsulların istehsalı qadağan ediləcək, bundan sonra sonuncunun ehtiyatların təmizlənməsi üçün 2043-cü ilə qədər keçid dövrü olacaq. Ermənistan tərəfi 2043-cü ildə adın dəyişdirilməsi prosesini lazımi qaydada həyata keçirməsə, Aİ müqaviləni ləğv etmək üçün arbitraj məhkəməsinə müraciət etmək hüququna malikdir.