Ermənilər Laçın SKM-nin qarşısında mitinq edir?
Bu barədə təxribatı təşkil edən ekstremist Daşnaktsütyun partiyası elan edib
Ermənistanın ekstremist Daşnaktsütyun partiyası və hərbi cani Robik Koçaryanın tərəfdarları məlumat yayıblar ki, partiya fəalları "Xakari körpüsündə quraşdırılmış Azərbaycan keçid məntəqəsindən qarşısında aksiya keçirirlər".
Məlumatdan belə bir təəssürat yaranır ki, daşnaklar bu ilin aprelin 23-də quraşdırılmış, Azərbaycan sərhədçilərinin xidmət etdiyi Laçın Sərhəd Keçid Məntəqəsinə (SKM) ciddi təhlükə və təhdid yarana bilər.
Lakin yayılan videogörüntülərdən məlum olub ki, daşnaklar Laçın SKM-dən 12 kilometr aralıda Gorusun Karnidzor kəndi yaxınlığıında toplaşıblar.
Ən maraqlısı budur ki, güya Qarabağ ermənilərinin dərdini çəkən bu tamaşaya toplanmış qaragüruh "blokada şəraitində acından və xəstəliklərdən əziyyət çəkən" Xankəndidəki ermənilərə humanitar yardım aparan Qırmızı Xaçın maşın karvanının yolunu kəsiblər.