Ermənilər Laçın yolunu zorla açmaqla hədələyirlər
Müharibə iştirakçıları İrəvandan Azərbaycanla sərhəddə yerləşən Kornidzor kəndində toplaşıblar
 
                                Özlərini müharibə iştirakçıları kimi təqdim edən bir qrup hərbi geyimli təxribatçı Ermənistan-Azərbaycan sərhədinə gəliblər. Onlar Kornidzor kəndindən Laçın Sərhəd Keçid Məntəqəsinə tərəf irəliləməyə cəhd edirlər. Yerli polis onların qarşısını kəsib.
Təxribatçılar Rusiya Sülhməramlı Kontingentinin nümayəndələri ilə görüş tələb edirlər. Əks təqdirdə, Həkəri çayın üzərindəki Azərbaycanın tikdiyi körpünü zorla ələ keçirməklə hədələyirlər.
Azərbaycanın Dövlət Sərhəd Xidməti hələ hadisə ilə bağlı açıqlama, ya xəbərdarlıq verməyib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            