XƏBƏRLƏR / Müttəfiq

Ermənilərin muzdlu jurnalisti Türkiyəyə buraxılmadı

Kanadalı Neil Hauer qatı antiazərbaycan mövqeyi ilə seçilir

Ermənilərin muzdlu jurnalisti Türkiyəyə buraxılmadı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kanadalı jurnalist Neil Hauer sosial şəbəkələrdə şikayət edib ki, bu yaxınlarda İrəvandan İstanbula uçub, lakin onun “qara siyahı”da olduğu və İrəvana geri deportasiya edilməsi barədə məlumat verilib.

    “Jurnalist” qadağadan apellyasiya şikayəti verəcəyini və “heç bir cinayət törətmədiyini” bildirib. Bununla belə, o, qadağanın “Azərbaycanı tənqid etməsi və Qarabağ hadisələri ilə bağlı nəşrləri” ilə bağlı ola biləcəyini və burada erməni tərəfini fəal şəkildə dəstəklədiyini deyib.