Ermənistan Azərbaycanla dəmir yolunun bərpasına başlayaсaq?
Baş nazir Nikol Paşinyan gündə bir söz deyir
Baş nazir Nikol Paşinyan bu gün hökumətin iclasında deyib ki, "Əgər dünən razılaşdığımızdan heç bir sapma olmasa, o zaman “Erməni yol ayrıcısı” layihəsi çərçivəsində, xüsusən də dəmir yollarının bərpası məsələsində böyük investisiyalara ehtiyac yarana bilər və biz şadıq ki, belə imkanlar var. İstənilən halda beynəlxalq tərəfdaşlar bu layihəyə maraq göstərəcəklər.
Rusiya Prezidenti ilə danışıqlar zamanı bizə müəyyən siqnallar və ya məlumatlar daxil oldu ki, bu da o deməkdir ki, Horadiz-Meğri-Ordubad-Sədərək-Arazdəyən (Yerasx) dəmir yolunun bərpası ilə bağlı işlərə başlamaq üçün bizim üçün real və ciddi imkan var.
Xatırladaq ki, noyabrın 23-də İrəvanda keçirilən KTMT sammitində Paşinyan Ermənistanın Azərbaycan-Naxçıvan yolunun tikintisi haqda üzərinə heç bir öhtəlik götürmədiyini bəyan etmişdi.