XƏBƏRLƏR / Hərbi

Ermənistan Azərbaycanla sərhədə qoşun və texnika toplayır

Müdafiə naziri isə Ermənistan silahlı qüvvələri rəhbərliyinin əməliyyat toplantısını keçirilir

Ermənistan Azərbaycanla sərhədə qoşun və texnika toplayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın ArmeniaOne Teleqram kanalı öz adminlərindən birini Tovuz, Gədəbəy və Kəlbəcərlə həmsərhəd olan Ermənistan ərazilərinə ezam edib. Kanalın müxbiri əərazidə gördikləri haqda məlumat verib.

    Məlumatda deyilir: "Adminimiz Gegharkunik-i gəzdi və həftə sonu Jermuk və Vorotan keçidini ziyarət etdi. Və hər üç marzda əsgərlərin sayı həmişəkindən çox idi. Geqarkunik xüsusilə güclü şəkildə seçildi - Sevanın şərq sahilində onlarla yük maşını sərhədi möhkəmləndirmək üçün şəxsi heyəti aparırdı. Əgər sərhədlərə yaxın toplanma (Azərbaycan Ordusu nəzərdə tutulur - ANSPress) yoxdursa, o zaman sərhəd zonalarında kontingenti gücləndirmək nəyə lazımdır?"

    Erməni KİV-ləri xəbər verir ki, bu gün Müdafiə naziri Papikyanın iştirakı ilə Müdafiə Nazirliyində Silahlı Qüvvələrin rəhbərliyinin əməliyyat toplantısı keçirilir.