Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır
Bunu Paşinyan İrəvanda Qazaxıstan prezidenti ilə danışıqlardan sonra deyib
Nikol Paşinyan: Ermənistan əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra deyib.
“Mən həmkarıma Azərbaycanla aparılan son danışıqları təqdim etdim, İrəvanın Ermənistan və Azərbaycan arasında artıq razılaşdırılmış üç prinsip əsasında regionda sabitlik və sülhün bərqərar olmasına hazır olduğunu təsdiqlədim. Bu, 1991-ci il Almatı Bəyannaməsinin müddəalarına əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması və Ermənistanla Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, habelə dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət prinsipləri əsasında regional infrastrukturların blokunun açılması, qarşılıqlılıq və bərabərlikdir"- deyə Paşinyan bildirib.