Ermənistan Hindistandan PUA əleyhinə sistemlər alacaq
Bu barədə “Armenpress”in məlumatında bildirilib
Ermənistan Hindistandan “Zen Technologies” şirkəti tərəfindən hazırlanmış PUA əleyhinə sistemlər alacaq.
Bu barədə “Armenpress”in məlumatında bildirilib.
Qeyd olunur ki, müqavilənin dəyəri hərbi kadrların hazırlanması xərcləri də daxil olmaqla 41,5 milyon dollardır.
Əks PUA sistemi pilotsuz uçan aparatları aşkarlayıb təsnif edir, onların passiv kəşfiyyatını müəyyənləşdirir və rabitə sistemini sıradan çıxararaq təhlükəni aradan qaldırır.
“Zen Technologies” şirkətin idarə heyətinin 28 oktyabr 2023-cü il tarixli iclasında Ermənistanda filialın açılmasının təsdiqləndiyini bildirib.