XƏBƏRLƏR / Siyasət

Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

Bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Braziliyada deyib

Ermənistan konstitusiyasına dəyişiklik etməlidir
Elçin Əmirbəyov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov: Ermənistan konstitusiyasına dəyişiklik etməlidir.

    “Bakı ilə İrəvan arasında dönməz və davamlı sülhə nail olmaq üçün Ermənistan konstitusiyasına Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı düzəlişlər edilməlidir”, o, "Agência Brasil"-ə müsahibəsində bildirib.

    Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.