"Bu gün Paşinyanla Əliyevin görüşü qəti planlaşdırılmır"
Bunu Paşinyanın ofisinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan deyib
"Bu gün Paşinyanla Əliyevin görüşü qəti planlaşdırılmır".
Bu barədə Paşinyanın ofisinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan MediaHub.am saytı ilə söhbətində bildirib.
Xatırladaq ki, hazırda həm Nikol Paşinyan, həm də İlham Əliyev fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhendə işgüzar səfərdədirlər.
Sabah belə bir görüş olacaqmı? Xaçatryanın heç bir məlumatı yoxdur.
“Məndə hələ belə bir məlumat yoxdur”, - Armen Xaçatryan deyib.