Ermənistan müxalifəti kütləvi mitinqlərə hazırlaşır
Məlumata görə, mitinqdə ölkənin ikinci prezidenti Robert Köçəryan da iştirak edəcək
Ermənistan müxalifəti sentyabrın 2-ə mitinq çağırıb.
Bu barədə "News.am" məlumat yayıb.
Mitinq İrəvanın "Azatutyun" meydanında keçiriləcək. Məlumata görə, mitinqdə ölkənin ikinci prezidenti Robert Köçəryan da iştirak edəcək. Bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.
Mitinq Paşinyan hakimiyyətinin Qarabağ siyasətinə etiraz xarakteri daşıyacaq. Daşnaksütyun Partiyasının funksioneri, müxalif "Hayastan" blokunun deputatı İşxan Saqatelyan "Ermənistanın və Qarabağın taleyindən narahat olan bütün vətəndaşları" aksiyada iştirak etməyə çağırıb.