Mina təhlükəsi davamlı inkişafa maneçilik törədir
Bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib
“Azərbaycan da mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır. Vətən müharibəsindən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub. Təkcə son 3 ildə 65 mülki insan həyatını itirib”.
Bunu “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
“Dünən Tərtərdə bir nəfər mülki şəxs yenə minadan zərər çəkib. Bütün bunlar ürək ağrıdır. Mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneçilik törədir. Mina təhükəsi nəticəsində nəinki insanlar həyatını itirir bu təhlükə həm də torpağa, onun münbitliliyinı mənfi təsir edir.
Bu sahədə ANAMA-nın işini yüksək qiymətləndiririk”, - o qeyd edib.