Ermənistan parlamentində dava düşdü VİDEO
İnsident müxalifət və iqtidaryönlü deputatlar arasında olub
Ermənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava olub.
Hadisə “Hayastan” fraksiyasından olan deputat Artur Sarkisyanın çıxışından sonra baş verib. Onunla hakim partiyadan olan deputat Ovik Ağazaryan arasında sözlü atışma olub. Spiker Alen Simonyan dərhal Təhlükəsizlik Xidmətinə zəng edərək Sarkisyanı sessiya zalından çıxarıb.