Ermənistan Türkiyəyə iki mafiozu təhvil verib
Türkiyə Ermənistanın bu məsələdə əməkdaşlığını yüksək qiymətləndirib
Türkiyə XİN: Ermənistan mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.
Məlumata görə, Türkiyə tərəfdən sorğu İnterpol xətti ilə göndərilib.
“2025-ci il yanvarın 19-da Ermənistan İnterpolun Qırmızı Bildirişi çərçivəsində ölkəmizə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi təhvil verib. Türkiyə Ermənistanın bu məsələdə əməkdaşlığını yüksək qiymətləndirir”, - mesajda vurğulanır.
Qeyd edək ki, beynəlxalq həbs qərarına ən yaxın alət olan “Qırmızı bildiriş” ekstradisiya məqsədilə axtarışda olan şəxsin axtarışı və həbsi üçün beynəlxalq bildirişdir.
***
İnterpolun Qırmızı Bildirişinin təqdim etdiyi sorğuya cavab olaraq, Ermənistan 2025-ci il yanvarın 19-da mütəşəkkil cinayətdə iştirak edən iki şəxsi Türkiyəyə ekstradisiya edib. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Digər təfərrüatlar açıqlanmayıb.