"Ermənistan və Azərbaycan sülh razılaşmasına yaxındır"
Bunu ABŞ Prezidenti Donald Tramp deyib

Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar.
Bunu ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində deyib.
Trampın çıxışı Amerika telekanalları tərəfindən yayımlanıb.
“Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və o (sülh sazişi - red.) artıq məqsədə yaxındır”, - ABŞ lideri qeyd edib.