İranın raket və dron proqramlarına qarşı yeni sanksiyalar
ABŞ Maliyyə Nazirliyi İran, Honq-Konq, Çin və Venesuelada yerləşən 11 fiziki şəxs, 8 qurum və 1 gəmini hədəfləyib
ABŞ İranın raket və dron proqramlarına qarşı yeni sanksiyalar tətbiq edir
TURANın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Bayden administrasiyası çərşənbə günü İranın raket və dron proqramlarına qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, son sanksiyalar İran, Honq-Konq, Çin və Venesuelada yerləşən 11 fiziki şəxs, səkkiz qurum və bir gəmini “İranın sabitliyi pozan ballistik raket və pilotsuz uçuş aparatları proqramlarını asanlaşdırdığına görə” hədəfləyir.
“Bu gün adı çəkilən şəxslər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH), Müdafiə Nazirliyinə raketlərin və PUA-ların istehsalı və paylanmasında maddi dəstək veriblər”, - deyə məlumatda bildirilir.
Dövlət Departamenti ayrıca bir addım olaraq, iki İran rəsmisinə "İranın raket proqramına əhəmiyyətli töhfələrə görə", "iki İran və dörd Rusiya qurumuna" sanksiya tətbiq edib.
Dövlət katibi Antoni Blinken deyib: “İranın raketlər və müvafiq texnologiyaların inkişafı, əldə etməsi və yayılması beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdidlərdən biri olaraq qalır.
“Biz İranın İsrailin və Fars körfəzindəki tərəfdaşlarımızın təhlükəsizliyini birbaşa təhdid edən terror təşkilatlarına raket və pilotsuz təyyarələr verməsinin dəhşətli nəticələrini görürük. Ukraynada mühüm mülki infrastruktura hücumlar və mülki əhalinin məhv edilməsi üçün PUA-ların Rusiyaya təhvil verilməsini görürük.
Bizim diqqətimizi İranın sabitliyi pozan raket proqramlarının yayılmasına və onların dünyaya gətirdiyi təhlükələrə qarşı yönəlmişik”, - Blinken davam edib.
Yeni sanksiyalar BMT-nin 2015-ci ildə İranın ballistik raket proqramına tətbiq etdiyi məhdudiyyətlərin bitdiyi “keçid günü” olan çərşənbə günü tətbiq edilib.
Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar və digər 46 ölkə çərşənbə günü birgə bəyanat imzalayıb və “ballistik raketlərlə əlaqəli əşyaların, materialların, avadanlıqların, malların və texnologiyanın tədarükü, satışı və ya ötürülməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyə, regionda və onun hüdudlarından kənarda sülh və sabitlik”.