XƏBƏRLƏR / Siyasət

Paşinyan Əhmədianla "Şimal-Cənub" yolunu müzakirə edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Ermənistandadır YENİLƏNİB

Paşinyan Əhmədianla "Şimal-Cənub" yolunu müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:58

    Ermənistanın baş naziri Nikol Paşinyan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ikitərəfli münasibətlərin dinamik inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

    Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

    Onlar tərəflərin texnologiya, sənaye, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlarının olduğuna əminliklərini ifadə ediblər.

    "Şimal-Cənub" avtomobil yolunun tikintisində İran tərəfi ilə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Tərəflər avtomobil yolunun tikintisinin, həmçinin ikitərəfli ticarət dövriyyəsinin və yük daşımalarının həcminin artırılmasına yeni təkan verəcəyinə əminliklərini bildiriblər.

    N.Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında və genişləndirilməsində maraqlıdır.

    ***

    15:07

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədianı qəbul edib.

    Regional proseslər və Ermənistan-İran əməkdaşlığının perspektivləri müzakirə edilib. İqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərinə də toxunulub, infrastrukturun inkişafı proqramları ətrafında fikir mübadiləsi aparılıb.

    Ermənistanın baş naziri Nikol Paşinyan da İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.