Ermənistanda Kuba vətəndaşı döyülərək öldürülüb
39 yaşlı Enrike Mauris Ramires xəstəxanada ölüb
Ermənistanın paytaxtı İrəvanda Kuba vətəndaşı 39 yaşlı Enrike Mauris Ramires döyülərək ağır xəsarətlər alıb.
Bu barədə yerli mətbuat xəbər verir.
Məlumata görə, o, iyunun 25-də tibbi yardım üçün müraciət edib. Qeyd edilir ki, Kuba vətəndaşı müalicə aldığı xəstəxanada ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
1 dəqiqədən az