Ermənilərə əsir düşən əsgərimizin VİDEOsu yayıldı
Ermənilər Nəsimi Musayevə dəhşətli işgəncələr veriblər
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbçisi, Laçın istiqamətindəki N saylı hərbi hissədə xidmət edən və sentyabrın 26-da Laçın istiqamətindəki hərbi hissədə xidmət yerində olmadığı üçün axtarışa verilən, naməlum şəraitdə Ermənistan ərazisinə keçən və oktyabrın 1-də saat 14:15 radələrində Zəngəzur bölgəsinin Şaki kəndində, yerli sakinin mal-qara tövləsində Ermənistan hüquq-mühafizə orqanları tərəfindən əsir götürülən Nəsimi Musayevin əsir götürülmə anının təsvirləri yayılıb.
Görüntüləri erməni kanalları yayıb.
Kadrlarda Nəsimi Musyevin başından, sinəsindən yara aldığı açıq-aydın görünür. Yeriyərkən axsadığı da bəllidir. Bir neçə saniyəlik videoda açıq-aşkar görünür ki, əsgərimiz ermənilər tərəfindən dəhşətli işgəncələrə məruz qalıb. Belə bir vəziyyətə salınan Musayev, ermənilərin dediyi kimi, heç kimə xəsarət yetirə bilməzdi və onun kənd sakini olan qadına "hücum" etməsi erməni uydumasından başqa bir şey deyil. Məhz buna görə Qırızı Xaç nümayəndələri onun yanına buraxılmır. Erməni vəhşiliyinin daha bir bariz nümunəsi.
Qeyd edək ki, Nəsimi Musayev Ermənistanda məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib.