Estoniyada eynicinslilərin nikahı qanuniləşdirildi
Bu barədə "Reuters" məlumat yayıb
Estoniya parlamenti eynicinslilərin nikahını qanuniləşdirən qanunun lehinə səs verib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qanun 2024-cü ildə qüvvəyə minəcək. Beləliklə, Estoniya Mərkəzi Avropada eynicinslilərin nikahını qanuniləşdirən ilk ölkə olub.
Ötən il Estoniya hökuməti konstitusiyada nikahın yalnız kişi və qadın arasında olduğunu qeyd etmək təklifi ilə referendum keçirməyi planlaşdırırdı. Referendum ölkənin daxili işlər naziri Mart Helme tərəfindən irəli sürülüb. Təklifin irəli sürülməsindən sonra ölkədə etiraz aksiyaları keçirilib.