Pekində nümayəndə heyətlərinin şərəfinə ziyafət verilib FOTO
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib

10:27
Sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin başçılarının və xanımlarının şərəfinə ziyafət verilib və konsert proqramı təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.