Fazil Mustafaya hücum edənlərə həbs qətimkan tədbiri seçilib
Səbail məhkəməsi DTX İstintaq Baş İdarəsinin müstəntiqinin vəsatətlərinə baxıb
Səbail məhkəməsi Fazil Mustafaya hücum edənlərin barəsində həbs qətimkan tədbiri seçib
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin müstəntiqinin deputat Fazil Mustafanın həyatına qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərinə baxılıb.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılan şəxslərdən 3-ü barəsində 4 aylıq, 1-i isə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.