XƏBƏRLƏR / İctimaiyyət

Formula 1-ə görə bu küçə 25 gün bağlı qalacaq

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib

Formula 1-ə görə bu küçə 25 gün bağlı qalacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

    Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

    Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

    Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.