Fransa səfiri Azərbaycana qayıtdı
Ann Buayon aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı
Fransa səfiri Azərbaycana qayıdıb.
Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.