XƏBƏRLƏR / Siyasət

Fransa XİN Bakı-İrəvan razılaşmasını dəstəkləyir

Bu barədə nazirliyin bəyanatında deyilir

Fransa XİN Bakı-İrəvan razılaşmasını dəstəkləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransa Avropa İttifaqının və ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tezliklə bərpasını dəstəkləyir.

    Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    “Ümid edirik ki, bu razılaşmalr vəziyyətin tənzimlənməsi istiqamətində ilk addımdır”, - deyə Fransa XİN Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı tərəfinfən verilmiş birgə açıqlamaya münasibətdə bildirib.

    Xatırladaq ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.