Fransanın müdafiə naziri İrəvana gəldi
Onu Ermənistan müdafiə nazirinin müavini qarşılayıb
Fransanın müdafiə naziri Sebastyan Lekornun başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Onu Ermənistan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan qarşılayıb.
Lekorn Ermənistanın müdafiə naziri Suren Papikyanın dəvəti ilə Ermənistanda iki günlük rəsmi səfərdədir.
Bu, Fransa Silahlı Qüvvələri nazirinin Ermənistana ilk səfəridir.