Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə veriləcək
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi xəbər verir

Sabahdan Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Məlumata görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.