XƏBƏRLƏR / TRIPP

Görəsən İranın TRİPP-dən başqa daha dərd-səri yoxdur ki?

XİN sözcüsü Bəqai TRIPP layihəsinin başlanması ilə bağlı mətbuat konfransı keçirib

Görəsən İranın TRİPP-dən başqa daha dərd-səri yoxdur ki?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sabitliyi pozan qüvvələrin və ya üçüncü tərəflərin regional təhlükəsizliyi pozmasına icazə verilməməlidir.

    Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai TRIPP layihəsinin başlanması ilə bağlı mətbuat konfransında çıxış edərkən bildirib.

    "Əvvəla, bu, yalnız Xarici İşlər Nazirliyinin məsələsi deyil. Bu, dövlət və suverenlik məsələsidir və ölkənin bütün müvafiq qurumları bunu yaxından izləyir və lazım gələrsə, müvafiq tədbirlər görəcəklər.

    Amma bir daha bir neçə məqamı vurğulamaq istərdim: bu məsələ ilə bağlı prinsipial mövqeyimiz dəyişməyib. Biz Cənubi Qafqaz regionunda iqtisadi əlaqələrin genişləndirilməsini və kommunikasiya yollarının açılmasını dəstəkləyirik".
    Eyni zamanda, Bəqai aşağıdakı şərtin yerinə yetirilməli olduğunu vurğulayıb:

    • regiondakı qonşu ölkələrin maraqları və narahatlıqları nəzərə alınmalıdır;

    • regionun geosiyasətində heç bir dəyişiklik olmamalıdır; və bu konkret məsələdə heç bir sabitliyi pozan qüvvələrin və ya üçüncü tərəflərin regional təhlükəsizliyi pozmasına və ya İranla region ölkələri arasında mehriban qonşuluq münasibətlərinə xələl gətirməsinə icazə verilməməlidir.