ABŞ rəsmi nümayəndələri Zəngəzurda görüşlər keçirir
TRIPP layihəsi əhali arasında təbliğ edilir YENİLƏNİB
20:38
Ermənistan Respublikası Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin nümayəndələri, ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen, Dövlət Departamentinin siyasi planlaşdırma üzrə baş müşaviri Con Askonas və AECOM mühəndislik firmasının nümayəndələri Gorus, Meğri və Qafan şəhərlərində keçirilən görüşlərdə iştirak edərək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsini müzakirə ediblər.
Bu barədə TRIPP-in rəsmi "Facebook" səhifəsindəki paylaşımda məlumat verilib.
"Syunik (Zəngəzur - ANS Press) icmalarının nümayəndələri Ermənistandakı TRIPP layihəsinin gedişatı barədə birbaşa Ermənistan və Amerika rəsmilərindən məlumat alıblar, suallar veriblər, fikirlərini bildiriblər və regional əlaqələrin artırılmasının Ermənistan, xüsusən də Sünik üçün yeni iqtisadi imkanlar yarada biləcəyini, eyni zamanda Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini müzakirə ediblər.
Bu dialoq Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsində ictimaiyyətin məlumatlılığını və iştirakını təmin etməyə davam edəcək", - deyə paylaşımda bildirilir.
***
10:29
Ermənistan və ABŞ-dan olan nümayəndələr TRIPP layihəsi üzərində işlərin davam etdiyi Sünik şəhərinə səfər ediblər.

Ermənistan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin nümayəndələri, Amerika nümayəndə heyətinə isə ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin siyasi planlaşdırma üzrə baş müşaviri Con Askonas daxil olub.
Səfərin gündəliyinə yerli hökumət rəsmiləri və icma sakinləri ilə görüşlər, eləcə də Meğri yaxınlığında təklif olunan TRIPP marşrutu aid olub.
2 dəqiqə