Paşinyan və Tramp TRIPP layihəsinə start veriblər FOTO
ABŞ Prezidenti Donald Tramp layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər.
Bu barədə Ermənistanın Baş naziri "Facebook"da reportaj yayıb.

Məlumata görə, Paşinyan və Tramp videomüraciətlə çıxış edərək, Ermənistan ərazisindən keçən TRIPP marşrutu layihəsinə start veriblər.

Ermənistanın Baş naziri videomüraciətində 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənədin Cənubi Qafqazı dəyişdirdiyini və uzunmüddətli sülhün əsasını qoyduğunu bildirib. O, layihənin Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında mühüm rol oynayacağını da qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
1 dəqiqədən az