TRIPP dəmir yolunun tikintisi yenə gələn ilə qaldı
Bu barədə Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan xəbər verib
TRIPP dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.
Sünik bölgəsində (Zəngəzur) TRIPP dəmir yolunun tikintisinə 2027-ci ildə başlamaq planlaşdırılır. Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan bu barədə İctimai Televiziyada məlumat verib.
Onun sözlərinə görə, hazırda torpaq hazırlığı işləri aparılır və dəmir yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi üçün ilkin mühəndislik tədqiqatları aparılır.
Kostyanyan qeyd edib ki, tikinti işlərinin birləşdirilməsi xərcləri əhəmiyyətli dərəcədə azaldacaq və onun səmərəliliyini artıracaq.
Xarici işlər nazirinin müavini bildirib ki, "2027-ci il genişmiqyaslı tikinti ili olacaq və biz əhəmiyyətli irəliləyişlər əldə edəcəyik".
O, həmçinin əlavə edib ki, gələcək dəmir yolunun marşrutu artıq müəyyən edilib və Sünikdə torpaq təmizlənməsi və tikinti hazırlığı işləri davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan hakimiyyəti tikintinin başlaması haqda xəbər vermişdi.

Yerli TV-lər hətta bir-iki ədəd tikinti texnikasını nümayiş etdirmişdi.
1 dəqiqə