XƏBƏRLƏR / İdman

Güllə atıcımız Ruslan Lunyov günü medalsız ba.a vurub

Millimizin üzvü təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplamışdı

Güllə atıcımız Ruslan Lunyov günü medalsız ba.a vurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:25

    Polşada keçirilən III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

    Azərbaycan idmançısı Ruslan Lunyov yarışı mükafatsız başa vurub. Tapançadan 25 mter məsafəyə atəşaçma yarışlarında çıxış edən təmsilçimiz təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayaraq altıncı olub. O, final mərhələsinə yüksələn səkkiz idmançı arasında qərarlaşıb. Bu raund iki hissədən ibarət olub.

    Güllə atıcıları əvvəlcə iki “dördlük”də yarışaraq mükafatlar uğrunda mübarizə aparanları müəyyənləşdiriblər. Lunyov ikinci “dördlük”də 9 xal toplayaraq sonuncu olub və medal şansını itirib.

    ***

    Polşada təşkil olunan III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.

    Təmsilçimiz Ruslan Lunyov tapançadan 25 metr məsafəyə atəşaçma yarışında finala yüksəlib.

    Millimizin üzvü təsnifat mərhələsində 600 mümkün xaldan 581-ni toplayıb.

    İdmançımız mərhələni 6-cı yerdə başa vurub. O, final mərhələsinə yüksələn 8 snayper arasında qərarlaşıb.

    Qeyd edək ki, final mərhələsi bu gün Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.