XƏBƏRLƏR / Kriminal

Gürcüstanda azərbaycanlı kişi öldürülüb, arvadı yaralanıb

Silahl insident Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində baş verib

Gürcüstanda azərbaycanlı kişi öldürülüb, arvadı yaralanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanda polis keçmiş arvadını yaralayan və onun ərini qətlə yetirən şəxsin axtarışlarını davam etdirir.

    “Mtavari Arxi” telekanalı xəbər verir ki, silahlı hücum gecə saatlarında baş verib. Məlumata görə, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində 40 yaşlı Xeyir Xəbərov qisas məqsədilə keçmiş arvadını yaralayıb, onun əri 36 yaşlı Yaşar Cəfərovu isə qətlə yetirib.

    Ailə üzvlərinin məlumatına görə, qadın 6 ay əvvəl ərindən ayrılaraq Yaşar Cəfərovun yanına köçüb, lakin bu müddət ərzində keçmiş həyat yoldaşı tərəfindən tez-tez təhdid edilib.

    Sakinlərin sözlərinə görə, hadisə zamanı evdə 3 nəfər olub. Bildirilib ki, evə daxil olan şəxs həmin vaxt yatan Yaşar Cəfərova atəş açıb və o, hadisə yerində keçinib. Xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hücum zamanı evdə olan Yaşar Cəfərovun anası xəsarət almayıb.