Gürcüstanda Əli Əsədov və İrakli Kobaxidzenin görüşü olub
Görüşdən sonra hökumətlərarası komissiyanın XI iclası başlayıb
Oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.
Hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayıb.
1 dəqiqədən az