BLOQ

Hacı Şahin münaqişələrə yol vermirdi

Azərbaycanın tanınmış ictimai və dini xadimi, ilahiyyatçı Hacı Şahin Həsənli qəflətən 48 yaşında vəfat edib

Hacı Şahin münaqişələrə yol vermirdi
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Nadir hallarda ölkəmizdə hansısa islamşünas cəmiyyətdə populyar olur, hətta rəsmi din xadiminin adı islamdan uzaq fəaliyyətlə bağlı şayiələrlə əhatə olunub. Hacı Şahin həyatdan ləkəsiz getdi, sosial şəbəkələrdə onlarla yazı bundan xəbər verir, müəlliflər mərhumu xoş sözlə xatırlayırlar. Azərbaycanda bütün KİV-lər Hacı Şahinin ruhuna ehtiramlarını bildiriblər. Onun dini mövzuda videoçıxışları xalq arasında yayılır. Mərhum Youtube-kanalda öz ətrafında 200 min daimi abunəçi toplayıb. Bu gün yüzlərlə azərbaycanlı Hacı Şahini son mənzilə yola saldı.

    Bakıdakı Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli 7 iyul 1971-ci ildə Bakıda anadan olub. Bakıdakı 189 saylı məktəbdə oxuyub. Sonra Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini bitirib. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilirdi. Xüsusi dini təhsil almayıb. 2007-ci ildən özünün yaratdığı "Mənəvi dünya" Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinə rəhbərlik edib. 2001-ci ildən Bakının Nəsimi rayonundakı Məşədi Dadaş məscidinin imamı olub. 2014-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonunda təyin olunmuş nümayəndəsidir. Siyasi partiya üzvü olmayıb, ailəliydi, dörd uşaq atası idi. 2020-ci ildə "Nədən başlamalı" kitabını nəşr etdirib.

    Hacı Şahinin ictimai əhəmiyyəti onun dinlə bağlı mübahisələrdə kompromis həll yolları tapmaq bacarığında idi. Belə ki, o deyirdi ki, qızlar üçün ayrı məktəblərin yaradılması ideyasında səhv bir şey yoxdur, amma fəqrli cinslərdən olan uşaqların birgə təhsilinə qarşı çıxmırdı. Hacı Şahin İslam altında gizlənərək qızların oxumasına qadağanı təbliğ edənləri tənqid edirdi.

    Mərhumun çağırışlarından biri qadınların təhlükəsizliyi və rifahı üçün cəmiyyətin və kişilərin məsuliyyətlərini xatırlatmaq idi. Hacı Şahinin İran İslam Respublikasına münasibətini onun Azərbaycanın Tehrandakı səfirliyinə təcavüzə görə İranın məsuliyyəti barədə tələbi göstərir. O həmçinin ötən il Azərbaycanın Londondakı səfirliyinə islamçıların hücumunu pisləyib.

    Hacı Şahin dindarlıqla yanaşı, müasir maarifçi idi. O, koronavirusa qarşı peyvəndin İslamda yolverilməzliyi barədə şayiələri ifşa edirdi. Koronavirus infeksiyası günlərində xütbələri məscidə getmədən onlayn oxumaq praktikasını tətbiq etdi. Mərhum öz iddialarını Qurandan müddəalarla əsaslandırırdı.

    Onun fikirləri dini radikalların narazılığına səbəb olurdu, 2022-ci ilin aprelində Məşədi Dadaş məscidində keçirilən ayin zamanı ziyarətçi axund Hacı Şahini təhqir etməyə cəhd edib. O, iştirak edənlərə sakitləşməyi, oturmağı təklif edib və deyib ki, müxtəlif fikirlər ifadə edilə bilər, amma bu formada yox. Sonra izah etdi ki, özünü peyğəmbər kimi təqdim edən təxribatçı xəstə adamdır.

    O həmişə hər cür ifrata qarşı olub və əlbəttə ki, din sahəsində də. "Radikalizm radikalizm doğurur, qanunsuzluq xaos doğurur... Atəşə yağ tökməyən, maarifləndirici iş apara bilən ruhani kadrları təbliğ etmək lazımdır", - Hacı Şahin Azərbaycanın Sabirabad rayonunda vəhhabinin linç edilməsinə münasibətilə bağlı jurnalistin sualına cavabında deyib.

    Cinayətkar "İslam Dövləti" haqqında deyirdi ki, İD-ni müxtəlif ölkələrdən gəlmiş radikal terrorçular yaradıblar. "Səbəb müsəlman dünyasını daxildan parçalamaq, onların təbii sərvətlərinə sahib olmaq və müsəlmanların mənəvi-siyasi dirçəlişinin qarşısını almaq istəyidir".

    Hacı Şahinin həyat qayəsi islam dünyasında parçalanma illərində Azərbaycan müsəlmanlarının birliyini qorumaq idi. O, Turan-a müsahibələrinin birində Bakıda "İslamiada-2017" IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə qarşı çıxan müsəlmanları tənqid edib.

    Hacı Şahinin populyarlığı bəzən ona zərər verirdi. 2021-ci ildə və daha əvvəl guya Hacı Şahinin şeyxülislam Paşazadənin yerinə can atması barədə şayiələr yayılmışdı, onun özü və tərəfdarları isə Qafqaz Müsəlmanları İdarəsinə getmirdilər. Mətbuatda Hacı Şahinin ətrafında formalaşan müasir islahatçı islamçıların icması haqqında yazırdılar. Şahin Həsənlinin öz peşə fəaliyyətində müasir informasiya texnologiyalarını tətbiq etmək bacarığı bunun lehinə xəbər verir. Lakin jurnalistin sualını cavablandıran Hacı Şahin şeyxülislam Paşazadə ilə görüşdüyünü demişdi, münaqişə barədə şayiələr isə səhvdir ("Turan" informasiya agentliyi).

    Allah rəhmət eləsin!