XƏBƏRLƏR / Qayıdış

Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub

Bu mərhələdə qəsəbələrə 12 ailə köçürülüb

Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub.

    Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə (17 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə (42 nəfər) köçürülüb.

    Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.

    Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.