XƏBƏRLƏR / Münaqişə

Haitidə keçirilən etiraz aksiyalarında 10 nəfər ölüb

Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Haitidə keçirilən etiraz aksiyalarında 10 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Baş nazir Ariel Henrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı nümayişçilər, Haiti Milli Polis Qüvvələri və silahlı müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda ümumilikdə 10 nəfər həlak olub.

    Bu barədə yerli “Gazette Haiti” portalı məlumat yayıb. Müxalifət lideri Qay Filipin azı beş tərəfdarı öldürülüb və onun həyatına uğursuz qəsd edilib. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Həmçinin EFE agentliyinin məlumatına görə, etirazçıların polis bölməsinə hücumu nəticəsində bir nəfər ölüb. Ölkənin paytaxtı Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınır.

    Bildirilir ki, ölkənin digər böyük şəhərlərində də etirazçılar arasında itkilər var.