XƏBƏRLƏR / Diplomatiya

Hakan Fidan Əhməd əl-Şaraa ilə görüşüb YENİLƏNİB

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib

Hakan Fidan Əhməd əl-Şaraa ilə görüşüb YENİLƏNİB
Hakan Fidan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:30

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

    Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

    Onlar həmçinin bir çox sahədə əməkdaşlığın inkişafı barədə danışıblar.

    ***

    14:51

    Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Fidan Suriya lideri Əhməd əl-Şaraa ilə görüşəcək.

    Türkiyənin xarici işlər naziri Fidan və Suriya Prezidenti Şaraa arasında keçiriləcək görüşdə Əsəd rejiminin devrilməsindən sonra 8 ay ərzində Türkiyə ilə Suriya arasında əlaqələrin müxtəlif sahələrində əldə edilən irəliləyişlərin qiymətləndirilməsi və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin müzakirə ediləcəyi gözlənilir.

    Suriyanın yenidən qurulması və ölkənin dirçəldilməsi üçün səylərin əlaqələndirilməsi də müzakirə olunacaq.