XƏBƏRLƏR / Hadisə

Hamburq aeroportu fəaliyyətini dayandırıb

Axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub

Hamburq aeroportu fəaliyyətini dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.

    “Bild am Sonntag”ın verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 20.00-da baş verib.

    Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.

    Hadisə yerinə Hamburq polis qüvvələri cəlb olunub, həmin şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir. Kişinin yanında minimum bir uşaq olduğu bildirilib.

    Hüquq-mühafizə orqanları hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir.

    Həmin şəxsin polisdən onu təyyarə ilə Türkiyəyə göndərməyi tələb etdiyi bildirilir.