"Palmali" "Royad Mammadov" gəmisi ilə bağlı məlumat yaydı
Hadisə zamanı iki dənizçi həlak olub
"Palmali" vurulan gəmi ilə bağlı məlumat yayıb:
"5 oktyabr 2026-cı ildə PALMALI Şirkətlər Qrupu tərəfindən istismar olunan "Royad Məmmədov" gəmisi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına gedərkən Rumıniya sahillərində, Qara dənizdə pilotsuz təyyarə tərəfindən hücuma məruz qalıb.
Hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatları başlayıb.
"Bu faciəli hadisə nəticəsində iki dənizçimizin itkisinə görə dərin kədər hissi keçiririk. Digər heyət üzvlərimiz təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə gətirilib.
Həlak olan dənizçilərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. PALMALI Şirkətlər Qrupu mərhum dənizçilərimizin ailələri ilə birlikdədir. Onlara bütün lazımi dəstəyi göstəririk və ehtiyaclarını ödəmək üçün səylə çalışırıq.
Hadisə ilə bağlı proses müvafiq orqanlarla əlaqələndirilərək yaxından izlənilir".

1 dəqiqə