İstanbulda şagird qız həmyaşıdlarına bıçaqla hücum edib
8 nəfər yaralanıb YENİLƏNİB
13:22
İstanbulun Başakşehir rayonunda məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 8 şagird yaralanıb.
“Anadolu” xəbər verir ki, hadisə oktyabrın 6-da Kayaşehir ərazisində yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.
Məlumata görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız şagird məktəbə gələrək digər şagirdlərə bıçaqla hücum edib. Hadisə zamanı 8 şagird yaralanıb və xəstəxanaya çatdırılıb.
Başakşehir rayonun rəhbəri Cemil Özgür Öneğinin açıqlamasına görə, yaralananların 7-si qız şagirdlərdir. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu isə 8 yaralının müalicəsinin davam etdiyini, onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirib.
Hücumda şübhəli bilinən 15 yaşlı qız polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.
***
12:09
İstanbulun Başakşehir rayonunda orta məktəblərdən birində şagird bıçaqla həmyaşıdlarına hücum edib.
Türkiyə mediası xəbər verir ki, ilkin məlumatlara görə, Şeyx Şamil adına məktəbin 7 şagirdi yaralanıb. Yaralanan qızlar xəstəxanaya çatdırılıb, məktəblilər təhsil müəssisəsindən təxliyə olunublar.
İstanbul valiliyi bildirib ki, yerli vaxtla saat 08:40-da baş verən insidentin səbəbi şagirdlər arasında mübahisə olub.
Hücum edən 15 yaşlı şagird polis tərəfindən saxlanılıb.
1 dəqiqə