Hədə-qorxu ilə 100 min ABŞ dolları almaq istədilər
Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hədə-qorxu ilə pul tələb edənləri saxlayıb

Hüquq-mühafizə orqanları 31 yaşlı Gəncə sakinindən hədə-qorxu ilə 100 min ABŞ dolları almaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
Həmin şəxs polisə müraciət edərək onu hədələdiklərini və külli miqdarda pul tələb etdiklərini bildirib. Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən 47 yaşlı Q.Həsənov və 42 yaşlı A.Balayevi saxlayıb.
Şəxsi axtarış zamanı Ə.Həsənovun üzərindən tramadol həbləri və marixuana aşkar edilərək götürülüb.
İstintaq davam edir.