XƏBƏRLƏR / Kriminal

İrandan narkotikin keçirilməsinin qarşısı alınıb

DTX və DSX əməliyyat keçirib

İrandan narkotikin keçirilməsinin qarşısı alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində birgə əməliyyat-axtarış tədbirləri keçirib.

    Nəticədə Azərbaycanın İranla sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.