XƏBƏRLƏR / Kriminal

Floridada insanlar sıx olduğu ərazidə atəş açılıb

Ölənlər və yaralananlar var

Floridada insanlar sıx olduğu ərazidə atəş açılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-nin Florida ştatının Tampa şəhərinin küçəsində Hellouin şənliyi zamanı iki qruplaşma arasında dava silahlı qarşıdurmaya çevrilərək 2 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.

    Bu barədə  "Associated Press" məlumat yayıb.

    İnsident xeyli sayda bar və gecə klublarının yerləşdiyi küçədə baş verib. Polis açıqlayıb ki, hadisədə azı iki atıcı iştirak edib ki, onlardan biri artıq təslim olub.

    Polis hadisənin səbəblərini araşdırır.