BLOQ

Hər yerindən duran "məxfi" sənədləri şərh edir...

Minsk Qrupu həmsədrlərinin mövqelərinin birliyi ilə bağlı əsas tezis yalandır

Hər yerindən duran "məxfi" sənədləri şərh edir...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hər yoldan keçən ABŞ Dövlət Departamentinin "məxfi" sənədlərini şərh edir...

    Bununla bağlı mən o zaman nazir müavini və Prezidentin xüsusi nümayəndəsi,  nazir vəzifəsində olmuş bir şəxs kimi demək istərdim ki, Minsk Qrupu həmsədrlərinin mövqelərinin birliyi ilə bağlı əsas tezis yalandır.

    Buna sübut R.Koçaryanın Levon Ter-Petrosyana qarşı hərbi çevrilişini Rusiyanın dəstəyi ilə həyata keçirməsidir. Əgər belədirsə, ABŞ, Fransa və Rusiyanın mövqelərinin birliyi haradadır?

    Odur ki, Dövlət Departamentinin “Azadlıq” radiosunun erməni redaksiyasının dərc etdiyi sənədlərin, yumşaq desək, ciddi “düzəlişlərə” məruz qaldığı göz qabağındadır.

    Beləliklə, sual yaranır - məqsəd nədir?

    Düşünürəm ki, keçmiş həmsədrlər öz aralarında razılığa gələrək gələcəkdə bu sahədə əməkdaşlığın bərpasının mümkünlüyü barədə ictimaiyyət arasında fikir yaratmaq istəyirlər...