Hərbçilərimiz Qazaxıstanda hərbi təlimlərdə iştirak edəcək
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb
2024-cü ildə Qazaxıstanda irimiqyaslı taktiki təlimlər keçiriləcək.
Təlimlərdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları iştirak edəcək.
Qazaxıstan Müdafiə Nazirliyinin rəhbəri Ruslan Jaksılykov bildirib ki, manevrlər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlib.