Həzi Aslanovun 115 illik yubileyinə dair virtual sərgi

Generala həsr olunmuş virtual sərgini C.Cabbarlı adına Respublika Gənclər Kitabxanıası paylaşıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  • General Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgi hazırlanıb.

    Virtual sərgi C.Cabbarlı adına Respublika Gənclər Kitabxanıasının rəsmi "YouTube" səhifəsində yerləşdirilib.

    Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. Erkən yaşda atasını itirən Həzi, atasının çalışdığı zavodda işləməyə başlayıb. Uzun zaman sonra hərbi hazırlıq məktəbinə göndərilib və o məktəbin məktəb rota qəzetinin redaktoru olub.

    Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvod komandiri təyin olunub. Müəyyən zaman çərçivələrində bir çox diviziyalarda komandir və ya komandirin texniki hissə üzrə köməkçisi, hərbi vəzifələrində çalışıb. Həzi Aslanova 1939-cu ildə kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilib.

    Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvov vilayətində xidmət edirdi. 1941-ci ildə alman zirehli qoşunları ilə Həzi Aslanovun batalyonu qeyri-bərabər döyüşə girir. Döyüş zamanı yaralanaraq vəfat edir. Həzi Aslanov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

    Həzi Aslanov Böyük Vətən Müharibəsi dövründə göstərdiyi şəxsi igidliyinə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltif olunmuşdur.