XƏBƏRLƏR / Siyasət

Hikmət Hacıyev BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisidir

Hikmət Hacıyev BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevgörüşüb.

    Bu barədə BMT-nin Azərbaycandakı nümayəndələyinin “X” səhifəsində məlumat verilib.

    “İqor
    Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.