XƏBƏRLƏR / Siyasət

Hikmət Hacıyev Iranda Əli Əkbər Əhmədian ilə görüşüb FOTO

Bu barədə IRNA məlumat yayıb

Hikmət Hacıyev Iranda Əli Əkbər Əhmədian ilə görüşüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşüb.

    Bu barədə İRNA məlumat yayıb.

    Bildirilib ki, görüşdə tərəflər dəhliz yollarının və tranzit marşrutlarının tikintisinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

    Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.