Hikmət Hacıyev Paşinyanın növbəti yalanını ifşa etdi
Azərbaycan Prezidentinin köməkçisi "Reuters" agentliyinə açıqlama verib
Hikmət Hacıyev Paşinyanı təkzib edir
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə bildirib ki, Azərbaycan Ermənistan hökumətindən prezident İlham Əliyevlə təcili danışıqlar aparmaq təklifi almayıb.
Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünya liderləri ilə telefon danışığı zamanı Azərbaycan Prezidenti ilə təcili görüş keçirməyə hazır olduğunu bəyan edib.